Tədbirlər

I Milli Pediatriya Konqresi Ilqar Qasımovun çıxışı

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycan Pediatriya Cəmiyyətinin təşkil etdiyi l Milli Pediatriya Konqresinin rəsmi hissəsinin fəxri qonağı, Azərbaycan Respublikası Səhiyyə Nazirinin müavini İlqar Qasımovun təşrifi cəmiyyətimiz tərəfindən qürurla qarşılanmışdır.

Konqresdə çıxış edən Səhiyyə Nazirinin müavini İlqar Qasımov tədbir iştirakçılarını Səhiyyə Naziri Teymur Musayevin adından salamlayıb və konqresin təşkil olunmasının vacibliyini qeyd edib. Diqqətə çatdırılıb ki, ölkəmizdə ana və uşaqların sağlamlığı hər zaman diqqət mərkəzindədir: “Respublikamızda son illər bu sahədə mühüm nailiyyətlər əldə olunub. Bununla belə, pediatrik xidmətin keyfiyyətinin yaxşılaşdırılması, bu sahədə çalışan tibb işçilərinin peşə biliklərinin artırılması, onların beynəlxalq standartlara uyğun mütəxəssislər olması istiqamətində aparılan işlər davam etdirilir. Həmin tədbirlərin davamlığının təmin edilməsində Prezident İlham Əliyevin Sərəncamları ilə təsdiq olunmuş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” və “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2022-ci illər üçün Dövlət Proqramı”nın əhəmiyyətli rolu var”.

Azərbaycan Pediatriya Cəmiyyəti olaraq İlqar Qasımova gəlişi ilə göstərdiyi etimad və dəstək üçün təşəkkür edirik.

İlqar Qasımovun çıxışını qürur hissi ilə sizlərə təqdim edirik

×