Haqqımızda

Haqqımızda

Hörmətli məsləkdaşlar!

Bildiyiniz kimi “Azərbaycan Pediatriya Cəmiyyəti” bu ilin əvvəlində təsis olunmuşdur. Dərnəyin məqsədi Azərbaycanda körpə və uşaq sağlamlığının inkişafına və pediatriyanın irəliləməsinə xidmət etməkdir. Məqsədi reallaşdırmaq üçün dərnəkdə davamlı elmi konfranslar, seminarlar, maarifləndirici toplantılar təşkil olunacaqdır.

 

Əsas səbəbi reallaşdırmaq üçün birliyin həyata keçirəcəyi mövzular və iş yolları aşağıdakılardır:

❖ Pediatriya sahəsində çalışan mütəxəssislərin öz bilik və təcrübələrini bölüşə biləcəyi fəaliyyətləri dəstəkləmək;

❖ Uşaq hüquqları, uşaq sağlamlığının, böyümə və inkişafının monitorinqi;

❖ Ana südü ilə qidalanmanın dəstəklənməsi və təşviqi;

❖ Sağlam qidalanma, sağlamlıq skrininqləri, peyvənd təcrübələri, habelə, məktəb əsasında uşaq sağlamlığının qiymətləndirilməsində əsas ətraf mühit faktorlarının nəzərə alınmasını təmin etməklə, uşaq istismar laqeydliyi və xüsusi qayğıya ehtiyacı olan uşaqların, xüsusən də sağlamlıq imkanları məhdud uşaqlar üçün profilaktik olaraq bu sahədə sosial şüurun yaradılması və məlumatlılığın artırılması;

❖ Bu məsələlərlə bağlı aktual sübuta əsaslanan məlumatları akademiklərə, ekspertlərə, cəmiyyətə ötürmək və bu mövzularda siyasət yaratmaq üçün elmi araşdırmalar aparmaq, dövlət qurumlarına və təşkilatlarına məsləhət vermək;

Vizyonumuz:

● Gələcəyimizin təminatı olan uşaqlarımızın böyüməsi, inkişafının qorunması və dəstəklənməsi;

● Onların yüksək sağlamlıq qabiliyyətinə malik yetişkin olmalarının təmin edilməsi.

Missiyamız:

➢ Ölkəmizdə uşaq sağlamlığı və xəstəlikləri sahəsində bilik və təcrübəni fərdi-klinik səviyyədən, beynəlxalq səviyyəyə çatdırmaq;

➢ İlkin, ikincili və üçüncülü dərəcəli mühafizə üsul və vasitələrini hazırlamaq və tətbiq etməkdir

Niyə biz ?

PEŞƏKAR KOMANDA

80-dən çox əməkdaşı özündə birləşdirən profesional komandamız sizə ən yaxşı xidməti təklif etmək üçün çalışır.

PEŞƏKAR KOMANDA

80-dən çox əməkdaşı özündə birləşdirən profesional komandamız sizə ən yaxşı xidməti təklif etmək üçün çalışır.

PEŞƏKAR KOMANDA

80-dən çox əməkdaşı özündə birləşdirən profesional komandamız sizə ən yaxşı xidməti təklif etmək üçün çalışır.

×